Uelsli futbolçu: "Bakıda hava istidir, amma dözmək olar"

Uelsli futbolçu: "Bakıda hava istidir, amma dözmək olar" Avropa çempionatının qrup mərhələsində iki oyununu Bakıda keçirəcək Uels yığması Tofiq Bəhramov adına Respublika Stadionunda növbəti məşqinə çıxıb
Futbol
135
10 İyun , 2021 10:04
Uelsli futbolçu: Bakıda hava istidir, amma dözmək olar
Ris Norrinqton-Deyvis

Avropa çempionatının qrup mərhələsində iki oyununu Bakıda keçirəcək Uels yığması Tofiq Bəhramov adına Respublika Stadionunda növbəti məşqinə çıxıb.

"Report" "Southwalesargus" nəşrinə istinadən xəbər verir ki, arenada Britaniya təmsilçisinin şərəfinə pankartlar, afişalar və komanda üçün şüarlar yerləşdirilib.

Bütün futbolçuların İsveçrə ilə qarşılaşmadan öncə yaxşı əhval-ruhiyyədə olduqları bildirilib.

Uels yığmasının üzvü Ris Norrinqton-Deyvis havanın isti olduğunu deyib: "Temperatur yüksəkdir. Lakin dözmək olar. Məşq meydanı oteldən cəmi 10 dəqiqəlik məsafədədir".

Qeyd edək ki, Uels millisi AVRO-2020-də yer aldığı A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.

Son xəbərlər

Orphus sistemi