Uels millisinin yoldaşlıq oyunu ləğv olundu

Uels millisinin yoldaşlıq oyunu ləğv olundu Futbol üzrə Uels yığmasının ABŞ-la martın 30-da Kardiffdə keçirməli olduğu yoldaşlıq oyunu baş tutmayacaq.
Futbol
12 Mart , 2020 21:50
Uels millisinin yoldaşlıq oyunu ləğv olundu

Futbol üzrə Uels yığmasının ABŞ-la martın 30-da Kardiffdə keçirməli olduğu yoldaşlıq oyunu baş tutmayacaq.

"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna ABŞ seçməsinin koronavirus pandemiyasına görə mart və aprel aylarına nəzərdə tutulan bütün matçlarının ləğv edilməsi səbəb olub.

Uels Futbol Federasiyasının baş direktoru Conatan Fordun sözlərinə görə, oyuna bilet alan azarkeşlərin pulları geri qaytarılacaq.

Qeyd edək ki, Uels millisi AVRO-2020-də yer aldığı A qrupunun iki oyununu Bakıda keçirəcək. Britaniyalılar iyunun 13-də Bakı Olimpiya Stadionunda İsveçrə, 17-də isə Türkiyə yığması ilə oynayacaq.

Son xəbərlər

Orphus sistemi