Uels millisinin Bakıdakı qələbəsi "Top-5"ə düşdü

Uels millisinin Bakıdakı qələbəsi "Top-5"ə düşdü Uels Futbol Federasiyası millinin Rayan Giqqsin başçılığı altında qazandığı ən önəmli qələbələrin siyahısını açıqlayıb.
Futbol
1 May , 2020 13:31
Uels millisinin Bakıdakı qələbəsi Top-5ə düşdü

Uels Futbol Federasiyası millinin Rayan Giqqsin başçılığı altında qazandığı ən önəmli qələbələrin siyahısını açıqlayıb.

"Report"un məlumatına görə, federasiya yığmanın AVRO-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycana 2:0 hesabı ilə qalib gəldiyi matçı da "Top 5"ə əlavə edib.

Britaniyalılar bu qarşılamadan sonra evdə Macarıstan millisinə də eyni hesabla qalib gələrək Avropa çempionatının final mərhələsinə yüksəliblər.

Siyahıda yer alan digər oyunlar isə bunlardır:

Çin Kuboku

Çin - Uels - 0:6

UEFA Millətlər Liqası

Uels - İrlandiya - 4:1

AVRO-2020-nin seçmə mərhələsi

Uels - Slovakiya - 1:0

Azərbaycan - Uels - 0:2

Uels - Macarıstan - 2:0

Qeyd edək ki, Rayan Giqqs 2018-ci ilin yanvarında Uels millisinin baş məşqçisi təyin olunub.

Son xəbərlər

Orphus sistemi