Uels Futbol Federasiyasının prezidenti: "Bu, başqa bir oyundur" - MÜSAHİBƏ

Uels Futbol Federasiyasının prezidenti: "Bu, başqa bir oyundur" - MÜSAHİBƏ Uels Futbol Federasiyasının prezidenti Kiran O Konnorun Reporta eksklüziv müsahibəsi...
Futbol
15 Noyabr , 2019 17:37
Uels Futbol Federasiyasının prezidenti: Bu, başqa bir oyundur - MÜSAHİBƏ

Uels Futbol Federasiyasının prezidenti Kiran O Konnorun "Report"a eksklüziv müsahibəsi...

- Noyabrın 16-da Azərbaycan və Uels yığmaları arasında keçiriləcək AVRO-2020-nin seçmə oyunu ilə bağlı fikirləriniz necədir?

- Bu, bizim üçün çox vacib oyundur. Qalib gəlməliyik. Bizə mərhələ adlamaq üçün xallar lazımdır. 

- Uzunmüddətli zədədən sonra yığmaya qayıdan Aaron Remsi və Qaret Beyl hazırda lazımi formadadırlar?

- Onların hər ikisi buradadır. Oynayıb-oynamayacaqları ilə bağlı qərarı baş məşqçi Rayan Giqqz verəcək. Nə dərəcədə hazır olduqları barədə isə fikir səsləndirə bilmərəm. Hər halda komanda ilə məşq edirlər. Hazırlıq səviyyələrini sabahkı oyunda biləcəyik. 

- Uelsdəki qarşılaşmada çətinliklə qələbə qazanmışdınız. Yenə eyni hal təkrarlana bilərmi?

- Xeyr. Çünki bu, başqa bir oyundur. Sentyabrda Azərbaycan yığmasına qələbə topunu vurmaqda problem yaşamışdıq, amma bu artıq keçmişdə qalıb. Hər şeyi 90 dəqiqəlik mübarizənin yekunu göstərəcək. 

- Bu, sizin Bakıya ilk səfərinizdir?

- Xeyr, ikincidir. İlk səfərim 2009-cu ilə təsadüf etmişdi. Həmin vaxt Uels yığması dünya çempionatının seçmə oyununda 1:0 hesabı ilə qalib gəlmişdi. 

- O vaxtdan hansı dəyişikliklər müşahidə etdiniz?

- Öncə qeyd edim ki, həmin vaxt görüş daha böyük stadionda keçirilmişdi (Tofiq Bəhramov adına Respublika Stadionunda - red.). Hazırkı stadion ("Bakcell Arena") isə düşündüyümdən daha balacadır. Amma bu daha yeni arenadır, əvvəl oynadığımızdan fərqlidir. Bakı isə təmiz və gözəl şəhərdir, hazırda çox müasirdir.

- Federasiya prezidentliyindən əlavə hansı işlə məşğul olursunuz?

- Bu vəzifəyə 2018-ci ilin avqustunda seçilmişəm. Hazırda təqaüddəyəm, çünki işləməyə vaxtım yoxdur. Fikrimi futbola cəmləmişəm. Bir növ həyatımı rahatlaşdırmışam.

- Federasiyanızın maddi imkanları necədir?

- Bizim "Bitish Telecom" kimi yeni sponsorumuz var. Teleyayımdan gələn gəlir kifayət qədər yüksəkdir. Varlı federasiya deyilik. Daha çox gənc futbolçuların yetişməsinə investisiya qoyuruq.

- Oyunla bağlı proqnozunuz necədir?

Biz udmalıyıq. 

- Hansi hesabla?

- 1:0-a da razı olardim. Qolu neçənci dəqiqədə vurmağın fərqi yoxdur. 

- Son 2 matçda qalib gəlsəniz belə, Slovakiyanın Xorvatiya və ya Azərbaycan yığmaları ilə görüşdə xal itkisinə ümid etməlisiniz...

- İnanıram ki, Azərbaycan yığması səfər matçında Slovakiyanı büdrətməyi bacaracaq. Bunu komandanızın son oyunlardakı nəticələrinə əsasən deyirəm.

Son xəbərlər

Orphus sistemi