Uels - Azərbaycan matçının hakimləri bəlli olub

Uels - Azərbaycan matçının hakimləri bəlli olub Uels və Azərbaycan milli komandaları arasında keçiriləcək futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup matçı üçün bütün təyinatlar açıqlanıb.
Futbol
3 Sentyabr , 2019 12:38
Uels - Azərbaycan matçının hakimləri bəlli olub

Uels və Azərbaycan milli komandaları arasında keçiriləcək futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup matçı üçün bütün təyinatlar açıqlanıb. 

"Report"un məlumatına görə, qarşılaşma Maltadan olan hakimlər briqadasına tapşırılıb. Referi Trustin Farruciya Kanna Alan Kamilyeri və Luke Portelli yan xətt hakimləri, Alan Mario Sant isə dördüncü hakim qismində yardımçı olacaq. 

Finlandiyalı Jouni Hutia hakim-inspektor, İsveçli Kristian Valendar isə UEFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək. 

Qeyd edək ki, Uels və Azərbaycan yığmaları arasında sentyabrın 6-da Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Milli komandanın 3 gün sonra Xorvatiya ilə “Bakcell Arena”dakı qarşılaşması isə saat 20:00-a təyin olunub. 

Son xəbərlər

Orphus sistemi