Xorvatiya millisinin futbolçusu üçün AVRO-2020-nin seçmə mərhələsi vaxtından əvvəl başa çatıb

Xorvatiya millisinin futbolçusu üçün AVRO-2020-nin seçmə mərhələsi vaxtından əvvəl başa çatıb UEFA Xorvatiya millisinin və İtaliyanın Milan klubunun futbolçusu Ante Rebiçi cəzalandırıb.
Futbol
21 Sentyabr , 2019 09:59
Xorvatiya millisinin futbolçusu üçün AVRO-2020-nin seçmə mərhələsi vaxtından əvvəl başa çatıb

UEFA Xorvatiya millisinin və İtaliyanın "Milan" klubunun futbolçusu Ante Rebiçi cəzalandırıb.

"Report"un məlumatına görə, 25 yaşlı hücumçu UEFA bayrağı altında keçirilən beş qarşılaşmada iştirak etməyəcək.

Buna forvardın Almaniya "Ayntraxt"ında çıxış edərkən avqustun 29-da Fransa "Strasburq"una qarşı Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda etdiyi qeyri-etik hərəkətlər səbəb olub. Xorvatiyalı oyunçu "Ayntraxt"ın qələbə qazandığı görüşdə qırmızı vərəqə alıb və oyunun rəsmi nümayəndəsinə qarşı nalayiq ifadələr işlədib.

Qeyd edək ki, Ante Rebiç Almaniya klubundan "Milan"a iki illik icarəyə verilib. İtaliya təmsilçisi avrokuboklarda iştirak etmədiyi üçün Rebiç cəzasını AVRO-2020-nin seçmə mərhələsində çəkəcək. Xorvatiya millisinin üzvü Azərbaycan yığmasının da yer aldığını E qrupunun digər matçlarında iştirak edə bilməyəcək. 

Son xəbərlər

Orphus sistemi