UEFA və Rusiya Krım futbolunun gələcəyi ilə bağlı müzakirələr aparıb

UEFA və Rusiya Krım futbolunun gələcəyi ilə bağlı müzakirələr aparıb Müşavirə zamanı Krım və Sevastopolda futbolun "gələcək inkişafı" məsələləri müzakirə olunub
Futbol
115
19 Noyabr , 2014 22:28
UEFA və Rusiya Krım futbolunun gələcəyi ilə bağlı müzakirələr aparıb

Bakı. 19 noyabr. REPORT.AZ/Rusiya Futbol İttifaqının (RFİ) nümayəndə heyəti noyabrın 19-da prezident Nikolay Tolstıxın rəhbərliyi altında UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən baş qərargahında qurum tərəfindən yaradılan İşçi qrupun nümayəndələri ilə görüşüb.

"Report" RFİ-nin rəsmi saytına istinadən xəbər verir ki, müşavirə zamanı Krım və Sevastopolda futbolun "gələcək inkişafı" məsələləri müzakirə olunub.

Görüşdə Nikolay Tolstıx ilə yanaşı RFİ-nin baş direktorunun beynəlxalq məsələlər üzrə müavini Yekaterina Fedışina və prezidentin hüquq məsələləri üzrə müşaviri Denis Roqaçev iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi