UEFA Ukraynadan siyasi şüarları formasından çıxarmağı tələb etdi

UEFA Ukraynadan siyasi şüarları formasından çıxarmağı tələb etdi Futbol üzrə Ukrayna millisinin Avropa çempionatı üçün hazırlanmış formaları dəyişdiriləcək.
Futbol
142
10 İyun , 2021 13:11
UEFA Ukraynadan siyasi şüarları formasından çıxarmağı tələb etdi

Futbol üzrə Ukrayna millisinin Avropa çempionatı üçün hazırlanmış formaları dəyişdiriləcək.

"Report" xəbər verir ki, UEFA bununla bağlı Ukrayna Futbol Assosiasiyasına göstəriş verib. Qurumdan siyasi şüarları yığmanın formasından çıxarması tələb olunub.

Formaların üzərində Krımın Ukrayna ərazisi kimi göstərilməsi və "Слава Украине!", "Героям Слава!" ("Yaşasın Ukrayna! Qəhrəmanlara eşq olsun!") şüarlarının yer alması Rusiyanın narazılığına səbəb olmuşdu.

UEFA-dan bildirilib ki, BMT dövlətin müvafiq sərhədlərini tanıdığı üçün formadakı Ukrayna xəritəsi qitə futbol qurumunun qaydalarını pozmur. "Слава Украине!" şüarı da geyimdə qalacaq. Amma ikinci şüar ("Героям Слава!") formadan çıxarılmalıdır. UEFA hesab edir ki, bu, birinci şüarla yanaşı yazılanda siyasi məna daşıyır.

Qeyd edək ki, Avropa çempionatı 11 iyun - 11 iyulda keçiriləcək. Rusiya millisi Belçika, Danimarka və Finlandiya ilə birlikdə B qrupunda, Ukrayna yığması isə Niderland, Avstriya və Şimali Makedoniya ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi