UEFA: Terror təhlükəsi olacağı halda AVRO-2016-nın oyunları azarkeşsiz keçirilə bilər

UEFA: Terror təhlükəsi olacağı halda AVRO-2016-nın oyunları azarkeşsiz keçirilə bilər "Biz hər hansısa təhlükədən xəbərdar deyilik, ancaq hazırlıqlı olmaq istəyirik"
Futbol
2 Mart , 2016 11:32
UEFA: Terror təhlükəsi olacağı halda AVRO-2016-nın oyunları azarkeşsiz keçirilə bilər

Bakı. 2 mart. REPORT.AZ/ Terror təhlükəsi olacağı halda 2016-cı ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının oyunları başqa məkanlara köçürülə və azarkeşsiz keçirilə bilər.

"Report" xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) istinadən "Associated Press" məlumat verib.

Qeyd olunur ki, qitə çempionatının oyunlarının keçirilməsinin ehtiyat planı Almaniya və Fransa milli komandaları arasında "Stad de Frans"da baş tutmuş yoldaşlıq matçı zamanı terrorçu-kamikadzelərin stadiona girməyə cəhd etməsindən sonra tərtib edilib.

"Biz hər hansısa təhlükədən xəbərdar deyilik, ancaq hazırlıqlı olmaq istəyirik", - deyə UEFA-dan bildiriblər.

Son xəbərlər

Orphus sistemi