UEFA Superkuboku matçını qadın referi idarə edəcək

UEFA Superkuboku matçını qadın referi idarə edəcək İngiltərənin “Liverpul” və “Çelsi” komandaları arasında keçiriləcək UEFA Super Kuboku matçı üçün təyinatlar açıqlanıb.
Futbol
2 Avqust , 2019 14:53
UEFA Superkuboku matçını qadın referi idarə edəcək

İngiltərənin “Liverpul” və “Çelsi” komandaları arasında keçiriləcək UEFA Super Kuboku matçı üçün təyinatlar açıqlanıb.

“Report” xəbər verir ki, kişilər arasında təşkil olunan avrokubok matçı ilk dəfə qadın baş hakimə həvalə olunub. Qarşılaşmanın referisi fransalı Stefani Frappar olacaq. İrlandiyalı xanım hakimlər Manuela Nikolosi ilə Mişel ONil laynsman funksiyasını yerinə yetirəcəklər. Dördüncü hakim qismində isə türkiyəli Cüneyt Çakır təyinat alıb.

Matçda videotəkrar sistemindən (VAR) istifadə olunacaq. Burada fransalı Kleman Türpenə həmyerlisi Fransua Letesye, almaniyalı Mark Borş və italiyalı Massimiliano İrrati kömək edəcəklər.

Qeyd edək ki, avqustun 14-də Türkiyənin İstanbul şəhərindəki “Vodafon Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Son mövsümdə “Liverpul” Çempionlar Liqasının, “Çelsi” isə finalı Bakı Olimpiya Stadionunda reallaşan Avropa Liqasının qalibi olub.

Son xəbərlər

Orphus sistemi