UEFA Super Kuboku oyununun hakimləri müəyyənləşib

UEFA Super Kuboku oyununun hakimləri müəyyənləşib "Lerkendal" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq
Futbol
20 İyul , 2016 17:20
UEFA Super Kuboku oyununun hakimləri müəyyənləşib

Bakı. 20 iyul. REPORT.AZ/ Futbol üzrə UEFA Super Kubokunda İspaniyanın "Real Madrid" və "Sevilya" klubları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.

"Report"un məlumatına görə, avqustun 9-da Norveçin Tronheym şəhərində baş tutacaq qarşılaşmaya serbiyalı hakimlər briqadası təyinat alıb.

Referi Milorad Majiç, yan xətt hakimləri Milovan Ristiç və Dalibor Curceviç, əlavə köməkçi-hakimlər isə Danilo Qriyiç və Nenad Cokiç olacaqlar. Polşalı Şimon Martsinyak dördüncü hakim, Tomaş Listkeviç ehtiyat köməkçi-hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Lerkendal" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi