UEFA Super Kuboku matçı təhlükə altındadır

UEFA Super Kuboku matçı təhlükə altındadır İspaniyanın "Sevilya" və Almaniyanın "Bavariya" komandaları arasındaUEFA Super Kubok matçı təxirə salına bilər.
Futbol
945
29 Avqust , 2020 09:30
UEFA Super Kuboku matçı təhlükə altındadır

İspaniyanın "Sevilya" və Almaniyanın "Bavariya" komandaları arasında UEFA Super Kuboku uğrunda matç təxirə salına bilər.

"Report" "The Times" nəşrinə istinadən xəbər verir ki, Macarıstan sentyabrın 1-dən etibarən koronavirus infeksiyasına yoluxmanın artması səbəbindən bütün xarici vətəndaşlar üçün sərhədləri bağlamağa qərar verib.

Oyun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilməlidir. 

Beləliklə, UEFA Super Kuboku uğrunda qarşılaşmanın keçirilməsi sual altına düşüb. 

Xatırladaq ki, "Bavariya" Çempionlar Liqasının finalında Fransa PSJ-sini 1:0 hesabı ilə üstələyib. "Sevilya" isə Avropa Liqasındakı həlledici matçda İtaliya "İnter"indən güclü olub - 3:2.

Orphus sistemi