UEFA Super Kuboku: "Bavariya" "Sevilya"ya qarşı

UEFA Super Kuboku: "Bavariya" "Sevilya"ya qarşı Bu gün UEFA Super Kubokunun yeni sahibi müəyyənləşəcək.
Futbol
1014
24 Sentyabr , 2020 07:30
UEFA Super Kuboku: Bavariya Sevilyaya qarşı

Bu gün UEFA Super Kubokunun yeni sahibi müəyyənləşəcək.

"Report"un məlumatına görə, sayca 45-ci Superkubok uğrunda oyunda Çempionlar Liqasında 2019/2020 mövsümünü qalibi olan Almaniya "Bavariya"sı ilə Avropa Liqasını qazanmış İspaniya "Sevilya"sı üz-üzə gələcək.

Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü ingiltərəli referi Entoni Teylor idarə edəcək.

Pandemiya dövründə ilk dəfə avrokubok matçı azarkeşlərin iştirakı ilə keçiriləcək. Görüşü ümumilikdə 15 000-dən çox azarkeşin izləyəcəyi gözlənilir.

Superkuboku indiyədək ən çox İtaliya "Milan"ı və İspaniya "Barselona"sı qazanıb - 5 dəfə. Kataloniyalılar 4, "qırmızı-qaralar" isə 2 dəfə həlledici oyunda uduzublar.

Titul uğrunda son 11 matçın 9-da İspaniya klubları ("Barselona" 5 dəfə, "Atletiko" və "Real Madrid" 3 dəfə ) qələbəni bayram ediblər. Superkuboku ən çox qazanan da Pireney təmsilçiləridir. İspaniyalılar 27 oyunun 15-də qalib gəlməyi bacarıblar. İtaliya klubları isə 9 dəfə Superkuboka sahib çıxıblar.

Titulu ümumilikdə 12 ölkədən 24 fərqli komanda qazanıb.

UEFA Super Kuboku

24 sentyabr

23:00. "Bavariya" (Almaniya) - "Sevilya" (İspaniya)

Baş hakim: Entoni Teylor (İngiltərə)

Budapeşt. "Ferents Puşkaş" stadionu

Qeyd edək ki, UEFA Super Kubokunun son qalibi İngiltərənin "Liverpul" klubudur.

Son xəbərlər

Orphus sistemi