UEFA stadionun göy qurşağına bürünməsinə icazə vermədi

UEFA stadionun göy qurşağına bürünməsinə icazə vermədi UEFA Almaniya millisinin Macarıstanla Avropa çempionatının F qrupunun III tur oyunu öncəsi "Alyans Arena" stadionunun göy qurşağı rənglərində işıqlandırılmasını qadağan edib
Futbol
22 İyun , 2021 12:53
UEFA stadionun göy qurşağına bürünməsinə icazə vermədi

UEFA Almaniya millisinin Macarıstanla Avropa çempionatının F qrupunun III tur oyunu öncəsi "Alyans Arena" stadionunun göy qurşağı rənglərində işıqlandırılmasını qadağan edib.

"Report"un "rtl.de" nəşrinə istinadən məlumatına görə, qitə futbol qurumu bunu siyasi addım hesab etdiyi üçün Almaniya Futbol İttifaqına mənfi cavab verib.

Bir müddət öncə Macarıstan parlamenti ölkədə homoseksualizmin təbliğinə qarşı qanun qəbul edib. Almaniya hökuməti məhz həmin qərara etiraz əlaməti olaraq, stadionun LGBT-nin rənglərini özündə əks etdirən göy qurşağı formasında işıqlandırılmasını planlaşdırırdı. Lakin UEFA məsələnin siyasi kontekstini nəzərə alaraq, təklifi rədd edib.

Qurum əvəzində qarşı tərəfə "Alyans Arena"nın turnir ərzində başqa əlamətdar günlərdə göy qurşağı rənglərində işıqlandırılmasını təklif edib.

Qeyd edək ki, Almaniya - Macarıstan matçı iyunun 23-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi