UEFA "Şerif"in ev oyununu öz meydanında keçirməsinə qadağa qoyub

UEFA "Şerif"in ev oyununu öz meydanında keçirməsinə qadağa qoyub UEFA Moldovanın “Şerif” klubuna Çempionlar Liqasının I təsnifat mərhələsində Bosniya və Herseqovinanın "Zrinski" komandası ilə ev oyununu Dnestryanı ərazi hüdudlarında keçirməyi qadağan edib.
Futbol
25 İyun , 2022 09:09
UEFA Şerifin ev oyununu öz meydanında keçirməsinə qadağa qoyub

UEFA Moldovanın “Şerif” klubuna Çempionlar Liqasının I təsnifat mərhələsində Bosniya və Herseqovinanın "Zrinski" komandası ilə ev oyununu Dnestryanı ərazi hüdudlarında keçirməyi qadağan edib.

"Report" xəbər verir ki, Tiraspol təmsilçisinə qadağa qüvvədə qalacağı müddətdə rəqiblərini qəbul etmək üçün alternativ stadion tapması təklif olunub. "Şerif" "Zrinski" ilə iyulun 13-də öz meydanında üz-üzə gəlməlidir.

UEFA belə bir qərarı regiondakı vəziyyətlə əlaqədar qəbul edib.

Qeyd edək ki, Tiraspol şəhəri müharibənin davam etdiyi Ukrayna ilə sərhəddə yerləşir.

Son xəbərlər

Orphus sistemi