UEFA Rusiyanın müraciəti ilə əlaqədar iclas keçirəcək

UEFA Rusiyanın müraciəti ilə əlaqədar iclas keçirəcək UEFA Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə bağlı iclaslar keçirəcək.
Futbol
25 Mart , 2022 20:47
UEFA Rusiyanın müraciəti ilə əlaqədar iclas keçirəcək

UEFA Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə bağlı iclaslar keçirəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, İcraiyyə Komitəsinin növbədənkənar toplantıları aprelin 7-də və mayın 10-da gerçəkləşəcək.

Komitə Rusiya klublarının və milli komandalarının yarışlarda iştirakdan kənarlaşdırılması ilə bağlı hüquqi və faktiki vəziyyəti yenidən qiymətləndirəcək. Həmçinin, Rusiya Futbol İttifaqının 2028 və 2032-ci il Avropa çempionatlarına ev sahibliyi etmək üçün müraciəti nəzərdən keçiriləcək.

Qeyd edək ki, FIFA fevralın 28-də Rusiya klublarını və milli komandalarını bütün yarışlardan kənarlaşdırıb.

Son xəbərlər

Orphus sistemi