UEFA rusiyalı referini futboldan kənarlaşdırdı

UEFA rusiyalı referini futboldan kənarlaşdırdı Qitə futbol qurumu məsələ ilə bağlı araşdırmalara başlayıb
Futbol
126
15 Aprel , 2021 18:31
UEFA rusiyalı referini futboldan kənarlaşdırdı

UEFA Rusiyanın FIFA dərəcəli hakimi Sergey Lapoçkini cəzalandırıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı referi 90 gün müddətinə futboldan kənarlaşdırılıb.

2018-ci ildə Avropa Liqasının II təsnifat mərhələsinin "Ventspils" (Latviya) - "Bordo" (Fransa) matçından (0:1) əvvəl bəzi şəxslər Lapoçkindən oyunun nəticəsini manipulyasiya etməsini istəyiblər. Baş hakim buna razılıq verməsə də, UEFA nümayəndələrini məlumatlandırmayıb.

Nəticədə qitə futbol qurumu məsələ ilə bağlı araşdırmalara başlayıb.

Son xəbərlər

Orphus sistemi