Malta və Rusiya yığmaları arasındakı DÇ-2022-nin seçmə mərhələ oyunu təxirə salınmayacaq.
"Report"un məlumatına görə, UEFA-nın rəsmi saytı matçın planlaşdırılan vaxtda baş tutacağını təsdiqləyib.
Bildirilib ki, Maltada koronavirus pandemiyası ilə bağlı tətbiq olunan qadağalar görüşün keçirilməsinə mane olmayacaq.
Qeyd edək ki, Malta - Rusiya matçı martın 24-də gerçəkləşəcək.