UEFA Rusiya klubu ilə bağlı qərarını dəyişdi

UEFA Rusiya klubu ilə bağlı qərarını dəyişdi UEFA Rusiyanın MOİK klubunun apellyasiya şikayətini təmin edib
Futbol
133
12 Fevral , 2021 22:17
UEFA Rusiya klubu ilə bağlı qərarını dəyişdi

UEFA Rusiyanın MOİK klubunun apellyasiya şikayətini təmin edib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin III turunun Niderland "Feyenoord"u ilə ev matçında azarkeşlərin təhqiramiz şüarlarına görə Moskva təmsilçisinə verilmiş cəza dəyişdirilib.

Bu ilin yanvarında fanat tribunasının bir oyunluq bağlanmasına qərar verən UEFA bunu pul cəzası ilə əvəzləyib. Paytaxt klubu 10 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, ötən il noyabrın 5-də keçirilmiş oyun qonaqların 1:3 hesablı məğlubiyyəti ilə başa çatmışdı.

Son xəbərlər

Orphus sistemi