UEFA Ronalduya görə ilin rəmzi komandasında sxemi dəyişdirib

UEFA Ronalduya görə ilin rəmzi komandasında sxemi dəyişdirib UEFA Portuqaliya millisinin və İtaliya Yuventusunun futbolçusu Kriştianu Ronalduya 2019-cu ilin rəmzi komandasında yer vermək üçün taktiki sxemi dəyişib.
Futbol
16 Yanvar , 2020 10:26

UEFA Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronalduya 2019-cu ilin rəmzi komandasında yer vermək üçün taktiki sxemi dəyişib.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, qurum 35 yaşlı hücumçunu rəmzi komandaya daxil etmək üçün 4-2-4 sxemindən istifadə edib.

Ehtimal olunur ki, İngiltərənin "Çelsi" klubunun futbolçusu NQolo Kante məhz bu səbəbdən heyətə daxil edilməyib.

Qeyd edək ki, ilin rəmzi komandası yanvarın 15-də açıqlanıb. 

Son xəbərlər

Orphus sistemi