UEFA reytinqi: Azərbaycanın cari mövsüm üçün mövqeyi açıqlanıb

UEFA reytinqi: Azərbaycanın cari mövsüm üçün mövqeyi açıqlanıb Ukraynanın "footboom" nəşri Avropa ölkələrinin 2021/2022 mövsümü üçün UEFA reytinqindəki mövqeyi açıqlanıb.
Futbol
453
6 Dekabr , 2021 16:36
UEFA reytinqi: Azərbaycanın cari mövsüm üçün mövqeyi açıqlanıb

Avropa ölkələrinin 2021/2022 mövsümü üçün UEFA reytinqindəki mövqeyi açıqlanıb.

"Report" "Footboom" nəşrinə istinadən xəbər verir ki, Azərbaycan hazırda 3,875 xalla 22-ci pillədə qərarlaşıb.

Hesablama zamanı ölkə təmsilçilərinin avrokuboklarda qrup mərhələsinin V turunadək olan nəticələri nəzərə alınıb.

Azərbaycan bu mövsümdəki göstəricilərinə görə ümumi reytinqdə özündən xeyli irəlidə olan Şotlandiya, Rusiya və Ukrayna kimi ölkələri qabaqlayıb.

Qeyd edək ki, ilk "üçlük"də Niderland (9,400), İngiltərə (8,285) və Fransa (7,916) qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi