UEFA Region Kuboku: Azərbaycan təmsilçisinin rəqibi bəlli olub

UEFA Region Kuboku: Azərbaycan təmsilçisinin rəqibi bəlli olub UEFA Region Kuboku turnirində 2022/2023 mövsümünün püşkü atılıb.
Futbol
8 Dekabr , 2021 19:14
UEFA Region Kuboku: Azərbaycan təmsilçisinin rəqibi bəlli olub

UEFA Region Kuboku turnirində 2022/2023 mövsümünün püşkü atılıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi ilkin mərhələdə Belarusla 2-ci qrupda mübarizə aparacaq.

1-ci qrupda isə Gürcüstan, Qazaxıstan, Estoniya təmsilçiləri qüvvəsini sınayacaq. Qrup qalibi olan komandalar növbəti raunda adlamaq üçün aralarında final görüşü keçirəcək.

Bu mərhələnin oyunları 2022-ci il mayın 1-dən iyulun 31-dək olan müddətdə keçiriləcək.

Qeyd edək ki, Azərbaycanı turnirdə Region Liqasının 2021/2022 mövsümünün qalibi təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi