UEFA Region Kuboku: Azərbaycan təmsilçisi turnirlə vidalaşıb

UEFA Region Kuboku: Azərbaycan təmsilçisi turnirlə vidalaşıb Azərbaycanı UEFA Region Kubokunda təmsil edən “Cəbrayıl” ilkin seçmə mərhələnin II qrupunda növbəti oyununu keçirib.
Futbol
26 İyun , 2022 17:49
UEFA Region Kuboku: Azərbaycan təmsilçisi turnirlə vidalaşıb

Azərbaycanı UEFA Region Kubokunda təmsil edən “Cəbrayıl” ilkin seçmə mərhələnin II qrupunda növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, Cavid Hüseynovun baş məşqçi olduğu komanda Belarus "Kolos"u ilə üz-üzə gəlib.

Şamaxı şəhər stadionundakı qarşılaşma "Cəbrayıl"ın 2:6 hesablı məğlubiyyəti ilə bitib. Meydan sahiblərinin qollarını 10-cu dəqiqədə Məhəmməd Xəlilov, 30-cu dəqiqədə Rəşad Həmidov vurub. Qonaqlarda isə 5-ci dəqiqə Mikalai Hurnoviç, 31-ci, 61-ci və 77-ci dəqiqələrdə Slarhei Lizunou, 72-ci dəqiqədə Dzianis Simançuk, 86-cı dəqiqədə isə Mixail Karatkeçiv fərqlənib.

Beləliklə, ilk matçda rəqibinə 1:2 hesabı ilə uduzan Azərbaycan təmsilçisi turnirlə vidalaşıb.

Son xəbərlər

Orphus sistemi