UEFA "Real Madrid"in futbolçusuna qarşı intizam işi açıb

UEFA "Real Madrid"in futbolçusuna qarşı intizam işi açıb Bakı. 22 noyabr. REPORT.AZ/ UEFA İspaniyanın Real Madrid klubunun futbolçusu Daniel Karvaxala qarşı intizam işi açıb.
Futbol
22 noyabr 2017 13:37
UEFA Real Madridin futbolçusuna qarşı intizam işi açıb

Bakı. 22 noyabr. REPORT.AZ/ UEFA İspaniyanın "Real Madrid" klubunun futbolçusu Daniel Karvaxala qarşı intizam işi açıb.

"Report"un məlumatına görə, ispaniyalı müdafiəçi Kipr APOEL-i ilə Çempionlar Liqasının V tur matçında bilərəkdən sarı vərəqə almaqda şübhəli bilinir.

"Kral klubu"nun 6:0 hesabı ilə qalib gəldiyi görüşün 90-cı dəqiqəsində Karvaxal vaxtı uzatdığı üçün sarı vərəqə alıb. Bu, 25 yaşlı müdafiəçi üçün cari mövsümdə üçüncü xəbərdarlıq olub. "Real Madrid"in oyunçusu qrup mərhələsinin son turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə qarşılaşmanı buraxacaq. Lakin o, 1/8 final mərhələsində iştirak edə biləcək.

UEFA məsələyə dekabrın 7-də baxacağını açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi