UEFA "Real Madrid"in futbolçusu Serxio Ramosa qarşı intizam işi başlatmayacaq - VİDEO

UEFA "Real Madrid"in futbolçusu Serxio Ramosa qarşı intizam işi başlatmayacaq - VİDEO Epizod hakimlərin gözündən yayınıb
Futbol
29 May , 2018 17:28
UEFA Real Madridin futbolçusu Serxio Ramosa qarşı intizam işi başlatmayacaq - VİDEO

Bakı. 29 may. REPORT.AZ/ UEFA İntizam Komitəsi Çempionlar Liqasının finalında İngiltərə təmsilçisi “Liverpul”un qapıçısı Loris Kariusu dirsəyi ilə vurduğu epizodla əlaqədar İspaniyanın “Real Madrid” komandasının müdafiəçisi Serxio Ramosa qarşı intizam işi başlatmayacaq.

“Report”un məlumatına görə, qitə futbol qurumunun insidentlə bağlı yaydığı bəyanatda 32 yaşlı futbolçunun davranışının intizam işinin açılması üçün ciddi qayda pozuntusu hesab edilmədiyi bildirilir.

Qeyd edək ki, insident “Real Madrid”in 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanın ikinci hissəsinin əvvəlində baş verib. Ramos hava mübarizəsi zamanı dirsəyi ilə Kariusa toxunub və onu yerə sərib. Lakin epizod hakimlərin gözündən yayınıb.

Ramos həmçinin 31-ci dəqiqədə “Liverpul”un hücumçusu Məhəmməd Salahın ağır zədə alaraq meydanı tərk etməsi ilə nəticələnən ehtiyatsız davranışına görə də azarkeşlərin sərt tənqidi ilə üzləşib. 300 mindən çox şəxs FİFA və UEFA-nın onu cəzalandırması üçün petisiya imzalayıb. Misirli vəkil Bassem Vahba isə İspaniya yığmasının üzvünün 1 milyard avro təzminat ödəməsi üçün iddia qaldırıb.

Son xəbərlər

Orphus sistemi