UEFA "Qarabağ"ın ən yaxşı oyunçusunu seçir

UEFA "Qarabağ"ın ən yaxşı oyunçusunu seçir UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib.
Futbol
4615
14 Yanvar , 2022 13:31
UEFA Qarabağın ən yaxşı oyunçusunu seçir

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib.

"Report"un məlumatına görə, postda Azərbaycan təmsilçisinin futbolçuları - İbrahima Vadji, Abbas Hüseynov və Kadi Borgesin qrup mərhələsində vurduğu qollar və qapıçı Şahruddin Məhəmmədəliyevin qurtarışı yer alıb.

Paylaşımda "Qrup mərhələsində "Qarabağ"ın ən yaxşı oyunçusu kim olub?" sualı da ünvanlanıb.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Marsel" klubu ilə üz-üzə gələcək. "Köhlən atlar" ilk görüşünü fevralın 17-də səfərdə, cavab qarşılaşmasını isə fevralın 24-də Bakıda keçirəcək.

Son xəbərlər

Orphus sistemi