UEFA "Qarabağ" və "Qəbələ"yə əlavə vəsait ayırıb

UEFA "Qarabağ" və "Qəbələ"yə əlavə vəsait ayırıb Vəsait AFFA-nın vasitəçiliyi ilə hər iki klubun hesabına köçürülüb
Futbol
27 Oktyabr , 2017 15:21
UEFA Qarabağ və Qəbələyə əlavə vəsait ayırıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ UEFA 2016/2017-ci il mövsümündə Avropa Liqası turnirində əldə olunmuş əlavə gəlirdən "Qarabağ" və "Qəbələ" klublarına vəsait ayırıb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu klublar müvafiq olaraq, 294 452 avro və 294 344 avro qazanıblar. Vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada “Qarabağ” və “Qəbələ” klubunun hesabına köçürülüb.

Qeyd edək ki, hər iki klub ötən mövsüm Avroliqanın qrup mərhələsində mübarizə aparıb. 

Son xəbərlər

Orphus sistemi