UEFA "Qarabağ"la oyundakı hadisələrə görə "Bazel"i cəzalandırıb

UEFA "Qarabağ"la oyundakı hadisələrə görə "Bazel"i cəzalandırıb UEFA İsveçrənin "Bazel" klubunu cəzalandırıb.
Futbol
503
29 Yanvar , 2022 13:27
UEFA Qarabağla oyundakı hadisələrə görə Bazeli cəzalandırıb

UEFA İsveçrənin "Bazel" klubunu cəzalandırıb.

"Report"un məlumatına görə, buna Bazel şəhərinin eyniadlı təmsilçisinin evdə "Qarabağ"a qarşı keçirdiyi Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda yerli azarkeşlərin davranışı səbəb olub.

Klub fanatların ümumi istifadə üçün nəzərdə tutulmuş keçidləri bağlaması üzündən 6 000 avro, priotexniki vasitələrdən yararlanmalarına görə isə 13 750 avro cərimələnib.

Qeyd edək ki, "Bazel" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi