UEFA "Qarabağ"ın rəqibini cərimələyib

UEFA "Qarabağ"ın rəqibini cərimələyib UEFA "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Fransa "Marsel"ini cərimələyib.
Futbol
29 Yanvar , 2022 09:00
UEFA Qarabağın rəqibini cərimələyib

UEFA "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Fransa "Marsel"ini cərimələyib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Marsel şəhərinin eyniadlı təmsilçisinin azarkeşlərinin evdə Rusiyanın "Lokomotiv" (Moskva) klubuna (1:0) qarşı keçirilmiş Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundakı hərəkəti səbəb olub.

Klub fanatların priotexniki vasitələrdən istifadə etməsi səbəbindən 17 500 avro məbləğində cərimə edilib.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi