UEFA "Qarabağ"ın müraciətini müsbət cavablandırıb - EKSKLÜZİV

UEFA "Qarabağ"ın müraciətini müsbət cavablandırıb - EKSKLÜZİV Ağdam klubuna ÇL-in qrup mərhələsindəki ev oyunlarını keçirəcəyi stadionu dəyişdirməsinə icazə verilib
Futbol
30 Avqust , 2017 20:20
UEFA Qarabağın müraciətini müsbət cavablandırıb - EKSKLÜZİV

Bakı. 30 avqust. REPORT.AZ/ UEFA "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarının keçiriləcəyi stadionun dəyişdirilməsi ilə bağlı müraciətini müsbət cavablandırıb. 

Bu barədə "Report"un sorğusuna cavab olaraq UEFA-nın Mətbuat xidmətindən deyilib. 

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarını keçirəcəyi məkanın dəyişdirilməsi ilə bağlı göndərdiyi sorğuya baxılıb. Klubun bu mərhələdəki ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda deyil, Bakı Olimpiya Stadionunda keçirilməsinə qərar verilib", - UEFA-dan bildirilib.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ev oyunlarını sentyabrın 27-də İtaliyanın "Roma", oktyabrın 18-də İspaniyanın "Atletiko", noyabrın 22-də isə İngiltərənin "Çelsi" komandalarına qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi