UEFA "Qarabağ"ın legioneri ilə bağlı paylaşım edib

UEFA "Qarabağ"ın legioneri ilə bağlı paylaşım edib UEFA Konfrans Liqasının rəsmi tvitter səhifəsi "Qarabağ"ın futbolçusu Kadi Borgeslə bağlı paylaşım edib.
Futbol
29 Dekabr , 2021 21:49
UEFA Qarabağın legioneri ilə bağlı paylaşım edib

UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi "Qarabağ"ın futbolçusu Kadi Borgeslə bağlı paylaşım edib.

"Report" xəbər verir ki, postda Ağdam klubunun Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə məğlub etdiyi qrup mərhələsinin II tur oyununda braziliyalı yarımmüdafiəçinin vurduğu baxımlı qolun videosu yerləşdirilib.

Müxtəlif klublardan daha 3 futbolçunun fərqləndiyi epizodların yer aldığı paylaşımda "Uzaq məsafədən vurulmuş hansı qol daha yaxşıdır"? sualı da ünvanlanıb.

Qeyd edək ki, Kadi Borgesin sözügedən qolu Konfrans Liqasında qrup mərhələsinin ən yaxşısı seçilib.

Son xəbərlər

Orphus sistemi