UEFA "Qarabağ"ın futbolçusunun son dəqiqədə vurduğu qolu fərqləndirib

UEFA "Qarabağ"ın futbolçusunun son dəqiqədə vurduğu qolu fərqləndirib UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə paylaşım edib.
Futbol
3 yanvar 2022 10:15
UEFA Qarabağın futbolçusunun son dəqiqədə vurduğu qolu fərqləndirib

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə paylaşım edib.

"Report"un məlumatına görə, postda turnirin qrup mərhələsində iti bucaq altından vurulmuş 3 qol yayımlanıb.

"Qarabağ"ın futbolçusu Abbas Hüseynovun III turda Bakıda Qazaxıstan "Kayrat"ına vurduğu qol da bunların sırasında yer alıb.

27 yaşlı müdafiəçinin 90+1-ci dəqiqədəki dəqiq zərbəsi komandasına qələbə qazandırıb.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. H qrupunu ikinci pillədə başa vurmuş "köhlən atlar" pley-off mərhələsində Fransa "Marsel"inə rəqib olub. Ağdam klubu ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

Son xəbərlər

Orphus sistemi