UEFA "Qarabağ"ın futbolçusu ilə bağlı məsələyə baxacağı tarixi açıqlayıb

UEFA "Qarabağ"ın futbolçusu ilə bağlı məsələyə baxacağı tarixi açıqlayıb Qitə futbol qurumunun İntizam Komitəsi Pedro Enrikenin cəza müddətini noyabrın 10-da açıqlayacaq
Futbol
7 Noyabr , 2017 15:58
UEFA Qarabağın futbolçusu ilə bağlı məsələyə baxacağı tarixi açıqlayıb

Bakı. 7 noyabr. REPORT.AZ/ UEFA Çempionlar Liqasının IV turunda İspaniyada “Atletiko” ilə görüş zamanı qırmızı vərəqə alan "Qarabağ"ın futbolçusu Pedro Enrike ilə bağlı qərarını noyabrın 10-da açıqlayacaq. 

Bu barədə “Report”a qitə futbol qurumunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, oktyabrın 31-də Madriddə keçirilmiş görüşün 59-cu dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Dieqo Qodinin sifətinə ayaqla zərbə endirdiyi üçün birbaşa qırmzı vərəqə alan braziliyalı yarımmüdafiəçinin cəzası ən azı bir oyun olacaq. Lakin UEFA Enrike ilə bağlı yekun qərarı İntizam Komitəsinin verəcəyini açıqlayıb. 

Qeyd edək ki, 1:1 hesabı ilə yekunlaşan matçda meydan sahiblərinin futbolçusu Stefan Saviç də qırmızı vərəqə görüb. Lakin o, 88-ci dəqiqədə ikinci “sarı” ilə komandasını azlıqda qoyub.

Son xəbərlər

Orphus sistemi