UEFA "Qarabağ"ın əzmkar qələbəsi ilə bağlı paylaşım edib

UEFA "Qarabağ"ın əzmkar qələbəsi ilə bağlı paylaşım edib UEFA Konfrans Liqasının rəsmi tvitter səhifəsi "Qarabağ"la bağlı növbəti dəfə paylaşım edib.
Futbol
5494
22 Oktyabr , 2021 00:18
UEFA Qarabağın əzmkar qələbəsi ilə bağlı paylaşım edib

UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi "Qarabağ"la bağlı növbəti dəfə paylaşım edib.

"Report"un məlumatına görə, turnirin sosial şəbəkə hesabında Azərbaycan klubunun Bakıda Qazaxıstan "Kayrat"ına 2:1 hesabı ilə qalib gəldiyi qrup mərhələsinin III tur matçından fotolar yayımlanıb.

"Son dəqiqədə qalib gəlmək, bax, budur" başlıqlı paylaşımda "köhlən atlar"ın H qrupunda məğlub olmadığı vurğulanıb. Həmçinin komandanın qrupu neçənçi pillədə bitirəcəyi ilə bağlı sorğu yerləşdiirlib.

Qeyd edək ki, "Qarabağ" 3 oyundan 7 xalla hələlik qrupa başçılıq edir.

Son xəbərlər

Orphus sistemi