UEFA "Qarabağ"dan başqa Azərbaycanın digər klublarına ödəniş edib

UEFA "Qarabağ"dan başqa Azərbaycanın digər klublarına ödəniş edib UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba vəsait ayırıb.
Futbol
28 dekabr 2019 05:26
UEFA Qarabağdan başqa Azərbaycanın digər klublarına ödəniş edib

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba vəsait ayırıb. 

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"dan başqa hər bir kluba 56 794,43 avro məbləğində ödəniş olunub. 

Vəsait 2018/19-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klublara ödənilir. 

Qeyd edək ki, "Keşlə” üçün nəzərdə tutulmuş vəsait paytaxt təmsilçisinin aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Son xəbərlər

Orphus sistemi