UEFA "Qalatasaray"ın oyunundakı erməni bayrağına görə intizam işi açıb

UEFA "Qalatasaray"ın oyunundakı erməni bayrağına görə intizam işi açıb UEFA-nın İntizam Komitəsi Fransada "Marsel" və Türkiyə "Qalatasaray"ı arasında UEFA Avropa Liqasının qrup oyununda baş vermiş insidentlə bağlı intizam işi açıb.
Futbol
5 Oktyabr , 2021 18:34
UEFA Qalatasarayın oyunundakı erməni bayrağına görə intizam işi açıb

UEFA-nın İntizam Komitəsi Fransada "Marsel" və Türkiyə "Qalatasaray"ı arasında UEFA Avropa Liqasının qrup oyununda baş vermiş insidentlə bağlı intizam işi açıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, məsələyə oktyabrın 18-də baxılacaq. Qərar isə 4 gün sonra açıqlanacaq.

Qolsuz heç-heçə ilə başa çatan görüş azarkeşlər arasındakı qalmaqala görə 37-ci dəqiqədə dayandırılıb. Hadisəyə yerli fanatların tribunada Ermənistan bayrağı açması səbəb olub. Hər iki komandanın azarkeşləri müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atmağa başlayıblar. Polis iğtişaşın qarşısını almaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.

Son xəbərlər

Orphus sistemi