UEFA PSJ - "Srvena Zvezda" qarşılaşmasının danışılmış oyun olmasından şübhələnir

UEFA PSJ - "Srvena Zvezda" qarşılaşmasının danışılmış oyun olmasından şübhələnir Bakı. 13 oktyabr. REPORT.AZ/ UEFA bildirib ki, Çempionlar Liqasında qrup mərhələsində PSJ (Fransa) – Srvena Zvezda (Serbiya) qarşılaşması danışılmış oyun ola bilər.
Futbol
13 Oktyabr , 2018 03:58
UEFA PSJ - Srvena Zvezda qarşılaşmasının danışılmış oyun olmasından şübhələnir

Bakı. 13 oktyabr. REPORT.AZ/ UEFA bildirib ki, Çempionlar Liqasında qrup mərhələsində PSJ (Fransa) – "Srvena Zvezda" (Serbiya) qarşılaşması danışılmış oyun ola bilər.

"Report" xəbər verir ki, bu barədə "L'Equipe" mənbəyə istinadən məlumat yayıb.

Oktyabrın 3-də keçirilmiş oyun fransızların 6:1 üstünlüklü qələbəsi ilə başa çatıb. Mənbənin məlumatına görə, Belqrad təmsilçisinin yüksək vəzifəli nümayəndələrindən biri komandasının beş qol fərqi ilə məğlub olması üçün 5 milyon avro pul qoymaq istəyib. Fransada bu oyunun danışılmış ola bilməsi ilə bağlı araşdırma başlayıb.

Xatırladaq ki, Futbol üzrə Belçika çempionatının yüksək dəstəsində də danışılmış oyunlar qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi