UEFA prezidenti: "Yeni format Superliqa layihəsi deyil"

UEFA prezidenti: "Yeni format Superliqa layihəsi deyil" UEFA prezidenti Aleksander Çeferin avrokubokların yeni formatı ilə bağlı tənqidlərə münasibət bildirib.
Futbol
11 May , 2022 00:01
UEFA prezidenti: Yeni format Superliqa layihəsi deyil

UEFA prezidenti Aleksander Çeferin avrokubokların yeni formatı ilə bağlı tənqidlərə münasibət bildirib.

"Report"un məlumatına görə, sloveniyalı funksioner "L Equipe" nəşrinə açıqlamasında bunun Avropa Super Liqası layihəsi olmadığını söyləyib.

Çeferin deyib ki, Superliqada həmişə eyni klublar oynamalı idi: "Burada isə vəziyyət fərqlidir və komandalar yeni formata böyük maraq göstərirlər".

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi avrokuboklarda komanda sayını 32-dən 36-ya yüksəldib, qrup mərhələsini isə ləğv edib. Yenilik 2024/2025 mövsümündən tətbiq olunmağa başlayacaq.

Son xəbərlər

Orphus sistemi