UEFA prezidenti: "VAR məni qane etmir, amma geriyə yol yoxdur"

UEFA prezidenti: "VAR məni qane etmir, amma geriyə yol yoxdur" UEFA prezidenti Aleksander Çeferin VAR (video-köməkçi hakim) sisteminə neqativ yanaşdığını etiraf edib.
Futbol
4 Dekabr , 2019 16:33
UEFA prezidenti: VAR məni qane etmir, amma geriyə yol yoxdur
Aleksander Çeferin

UEFA prezidenti Aleksander Çeferin VAR (video-köməkçi hakim) sisteminə neqativ yanaşdığını etiraf edib. 

"Report"un məlumatına görə, sloveniyalı funksioner "The Mirror"a açıqlamasında yeni sistemi qarışıqlıq adlandırıb.

Onun fikrincə, bir-iki santimetrlik fərqin olduğu epizodu incələmək lazım deyil. Çeferin Beynəlxalq Futbol Assosiasiyaları Şurasına və hakimlərə qaydaları dəyişməyi təklif edəcəklərini diqqətə çatdırıb: "İndi futbolda tam fərqli təzyiq var. Baş hakim meydandadırsa və stadionda 70 - 80 min insan qışqırırsa, müəyyən epizodla bağlı düzgün qərarı London, Berlin və ya başqa yerdə olan yox, məhz siz çıxarmalısınız. Mən fanat deyiləm. VAR-a qarşı çox skeptik mövqedəyəm və indi deyə bilərəm ki, nəticə məni qane etmir. Lakin, təəssüf ki, geriyə yol yoxdur". 

Qeyd edək ki, hazırda VAR bir çox nüfuzlu yarışda və müxtəlif ölkələrin çempionatlarında tətbiq olunur. 

Son xəbərlər

Orphus sistemi