UEFA prezidenti səhvə görə üzr istəyib

UEFA prezidenti səhvə görə üzr istəyib UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatması zamanı baş vermiş səhvə görə üzr istəyib.
Futbol
16 Dekabr , 2021 17:41
UEFA prezidenti səhvə görə üzr istəyib
Aleksander Çeferin

UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatması zamanı baş vermiş səhvə görə üzr istəyib.

"Report"un məlumatına görə, bu barədə sloveniyalı funksioner Avropa futbol qurumunun İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında açıqlama verib.

O bildirib ki, yanlışlıq insan amili ilə bağlı olmayıb: "Məlumat aldıq ki, proqram təminatında səhv baş verib. Dərhal müvafiq şəxslərlə telefon danışığım oldu. Mənə püşkatmanı təkrarlamağı təklif etdilər. Şəffaflığı qorumaq üçün buna razılaşdıq. Biz texnologiyadan bu qədər asılı ola bilmərik. Bu, insan səhvi deyil. UEFA-nın yanlışlığı idi, hamıdan üzr istəyirik".

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatması texniki nasazlıq səbəbindən təkrarlanıb.

Son xəbərlər

Orphus sistemi