UEFA prezidenti: "Klublar səhvlərini etiraf etdilər"

UEFA prezidenti: "Klublar səhvlərini etiraf etdilər" "Səhvi etiraf etmək heyranedicidir və bu klublar böyük bir səhv etdilər"
Futbol
267
21 Aprel , 2021 10:11
UEFA prezidenti: Klublar səhvlərini etiraf etdilər
Aleksander Çeferin

"Səhvi etiraf etmək heyranedicidir və klublar böyük səhvə yol verdilər"

"Report" xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin İngiltərə təmsilçilərinin Avropa Super Liqasından imtina etmələri barədə danışarkən deyib.

Sloveniyalı funksioner klubların avrokubok yarışlarına geri döndüyünü bildirib: "Bilirəm ki, onlar yalnız turnirlərimizə deyil, bütün Avropa futboluna çox şey verə bilər".

Qeyd edək ki, İngiltərənin "Liverpul", "Arsenal", "Mançester Yunayted", "Tottenhem", "Mançester Siti" və "Çelsi" klubları Superliqanın tərkibindən çıxıb.

Son xəbərlər

Orphus sistemi