UEFA prezidenti: "Futbol dəyişəcək"

UEFA prezidenti: "Futbol dəyişəcək" Koronavirusu məğlub edəcəyik, amma hələlik futbol müsbət enerji verə bilər.
Futbol
4 May , 2020 16:42
UEFA prezidenti: Futbol dəyişəcək

"Koronavirusu məğlub edəcəyik, amma hələlik futbol müsbət enerji verə bilər". 

"Report"un məlumatına görə, bunu UEFA-nın prezidenti Aleksander Çeferin "Nova.rs" nəşrinə açıqlamasında deyib. 

Sloveniyalı funksioner bildirib ki, virus dünyanın zəifliyini anlamağa məcbur edib. Onun sözlərinə görə, futbol qayıtmasa, insanların normal həyata dönüş hissləri olmayacaq: "Futbol dəyişəcəkmi? Bəli, amma bu, müvəqqəti dəyişiklik olacaq. Futbol epidemiya və müharibələrdən sağ qurtulub. Bizim bildiyimiz idman növünə qayıdacağını da görəcəksiniz. Ölkə rəhbərləri addımlar atmağa başlayanda futbolçular bütün testləri keçərək azarkeşlərsiz meydana geri dönəcəklər". 

Qeyd edək ki, Belarus Yüksək Liqası istisna olmaqla, Avropanın bütün ölkələrində çempionatlar koronavirus pandemiyası üzündən dayandırılıb.

Son xəbərlər

Orphus sistemi