Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA nümayəndələrinin Bakıya son işgüzar səfəri başlayıb

Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA nümayəndələrinin Bakıya son işgüzar səfəri başlayıb Bakı. 11 fevral. REPORT.AZ/ Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Azərbaycan paytaxtına sonuncu – 5-ci işgüzar səfəri başlayıb.
Futbol
11 Fevral , 2019 10:41
Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA nümayəndələrinin Bakıya son işgüzar səfəri başlayıb

Bakı. 11 fevral. REPORT.AZ/ Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Azərbaycan paytaxtına sonuncu – 5-ci işgüzar səfəri başlayıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA-nın 57 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik, marketinq, media və s. məsələlərlə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq. Səfər fevralın 15-dək davam edəcək. 

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi