UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib

UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib UEFA Konfrans Liqasının rəsmi tvitter hesabı növbəti dəfə "Qarabağ" klubu haqqında haqqında paylaşım edib.
Futbol
4105
6 Dekabr , 2021 14:43
UEFA növbəti dəfə Qarabağla bağlı paylaşım edib

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ" klubu haqqında paylaşım edib.

"Report"un məlumatına görə, postda Ağdam təmsilçisinin son 25 görüşdə yalnız bir dəfə məğlub olduğu xatırladılıb.

Bundan əlavə, "köhlən atlar"ın həftəsonu Azərbaycan Premyer Liqasının XIII turunda "Sabah"a 5:1 hesabı ilə qalib gəldiyi bildirilib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda cari mövsüm yeganə məğlubiyyətini ölkə çempionatının VIII turunda səfərdə "Səbail"lə görüşdə alıb - 1:3.

Qeyd edək ki, "Qarabağ" dekabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI turunda İsveçrədə "Bazel"in qonağı olacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Son xəbərlər

Orphus sistemi