​UEFA-nın Super Kubok oyununa bilet satışı gələn həftədən başlanacaq

​UEFA-nın Super Kubok oyununa bilet satışı gələn həftədən başlanacaq Bu gün satışın konkret hansı tarixdən başlanacağı məlum olacaq
Futbol
179
2 İyul , 2015 05:31
​UEFA-nın Super Kubok oyununa bilet satışı gələn həftədən başlanacaq

Bakı. 2 İyul. REPORT.AZ/ Kassalarda UEFA-nın Super Kubok oyununa bilet satışı gələn həftədən başlanacaq.

"Report" xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu gün satışın konkret olaraq hansı tarixdən başlanacağı məlum olacaq.

"UEFA ilə məsləhətləşmələr aparılır, bu gün digər detallar, o cümlədən biletlərin hansı kassalarda satılacağı, əcnəbi azarkeşlər üçün nəzərdə tutulmuş 6 min biletin hansı şəkildə satışa çıxarılacağına aydınlıq gələcək", - deyə mətbuat xidmətinin rəhbəri Otar Qiorqadze bildirib.

Onun sözlərinə görə, biletlərin qiyməti dəyişməz qalacaq, yəni yerlərdən asılı olaraq 18, 35, 75 lari arasında dəyişəcək.

Super Kubok qarşılaşması avqustun 11-də Gürcüstanın paytaxtı Tbilisidəki "Dinamo" stadionunda keçiriləcək. Həmin gün İspaniyanın iki klubu - Çempionlar Liqasını qazanmış "Barselona" ilə Avropa Liqasının qalibi "Seviliya" komandaları üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi