UEFA-nın sabiq prezidenti Lennart Yuhansson vəfat edib

UEFA-nın sabiq prezidenti Lennart Yuhansson vəfat edib UEFA-nın sabiq prezidenti, FIFA-nın keçmiş vitse-prezidenti Lennart Yuhansson vəfat edib.
Futbol
5 İyun , 2019 12:48
UEFA-nın sabiq prezidenti Lennart Yuhansson vəfat edib

UEFA-nın sabiq prezidenti, FIFA-nın keçmiş vitse-prezidenti Lennart Yuhansson vəfat edib.

"Report"un məlumatına görə, isveçli funksioner 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, L.Yuhansson Avropa futbol qurumuna 1990-2007-ci illərdə rəhbərlik edib. Yuhansson bu vəzifədə ən uzun müddət qalan şəxs olub. O, 26 yanvar 2007-ci ildə keçirilmiş seçkidə fransalı Mişel Platiniyə uduzub. Yuhansson 2005-ci ilədək İsveçin AİK klubunun prezidenti olub. UEFA Gənclər Liqasının kubokuna onun adı verilib.

Son xəbərlər

Orphus sistemi