UEFA üzvləri üçün yardım fondunu artırdı

UEFA üzvləri üçün yardım fondunu artırdı UEFA quruma üzv olan 55 assosiasiyaya 775,5 milyon avro maliyyə yardımı göstərəcək.
Futbol
142
1 İyul , 2020 17:13
UEFA üzvləri üçün yardım fondunu artırdı

UEFA quruma üzv olan 55 assosiasiyaya 775,5 milyon avro maliyyə yardımı göstərəcək. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, yardım 2024-cü ilə qədər davam edəcək. 

Qurumun milli assosiasiyaların fəaliyyətlərini dəstəkləmək məqsədi ilə 2004-cü ildə başlayan "HatTrick" proqramının detalları bəlli olub. 

Avropa çempionatlarından əldə edilən gəlirlərin federasiyalara təqdim edildiyi proqramda beşinci 4 illik period başlayıb. UEFA 2020 - 2024-cü illər arasında 775.5 milyon avroluq fond yaradıb. 

Avropa futbol təşkilatının üzv assosiasiyalara dəstəyi əvəlki illərlə müqayisədə 27 faiz artıb. Qurum 2024-cü ildən 2,6 milyard avroluq fond ayırmağı planlaşdırır. 

Son xəbərlər

Orphus sistemi