UEFA-nın danışılmış oyunlarla bağlı nümayəndəsi Azərbaycan millisinin üzvləri ilə görüşüb

UEFA-nın danışılmış oyunlarla bağlı nümayəndəsi Azərbaycan millisinin üzvləri ilə görüşüb Əsas məqsədi gənc futbolçuları danışılmış oyunlardan qorumaq, çəkindirmək olub
Futbol
28 Dekabr , 2017 17:31
UEFA-nın danışılmış oyunlarla bağlı nümayəndəsi Azərbaycan millisinin üzvləri ilə görüşüb

Bakı. 28 dekabr. REPORT.AZ/ UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Kamran Cəbrayılov Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. 

"Report" xəbər verir ki, tədbirdə K.Cəbrayılov gəncləri danışılmış oyunlar mövzusu ilə bağlı məlumatlandırıb. Görüşün təşkilində əsas məqsəd gənc futbolçulara danışılmış oyunların mahiyyəti barədə məlumat vermək, onları danışılmış oyunlardan qorumaq və çəkindirməkdir.

Son xəbərlər

Orphus sistemi