UEFA nümayəndəsi: "Danışılmış oyunların kökü Azərbaycan sərhədlərindən kənara uzanır" - MÜSAHİBƏ

UEFA nümayəndəsi: "Danışılmış oyunların kökü Azərbaycan sərhədlərindən kənara uzanır" - MÜSAHİBƏ Mingəçevir. 21 yanvar. REPORT.AZ / Hakimlərin Mingəçevirdəki təlim məşq toplanışında ekspert qismində iştirak etmiş UEFA-nın danışılmış oyunlara qarşı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimlinin “Report”un Şirvan bürosuna müsahibəsi...
Futbol
21 Yanvar , 2019 13:30
UEFA nümayəndəsi: Danışılmış oyunların kökü Azərbaycan sərhədlərindən kənara uzanır - MÜSAHİBƏ

Mingəçevir. 21 yanvar. REPORT.AZ / Hakimlərin Mingəçevirdəki təlim məşq toplanışında ekspert qismində iştirak etmiş UEFA-nın danışılmış oyunlara qarşı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimlinin “Report”un Şirvan bürosuna müsahibəsi...

- Təlim məşq toplanışında mütəxəssis kimi iştirakınız hansı zərurətdən irəli gəldi?

- Əvvəla, onu deyim ki, ilk dəfə Mingəçevirdə təşkil olunmuş təlim-məşq toplanışını bir çox səbəbdən müsbət dəyərləndirirəm. Eyni zamanda, bu, həm də yeni təcrübə, yeni nəfəs deməkdir. Konkret, mənim iştirakıma gəldikdə, əsas məqsəd marifləndirmə işlərinin gücləndirilməsidir. İdmançılar və ümumən idman ictimaiyyəti bilməlidir ki, oyunların manipulyasiyası məsələsi daim nəzarət altındadır, kriminal tərkiblidir, idman prinsiplərinə ziddir və əməl olaraq yolverilməzdir. Hər bir oyun ədalətli idman mübarizəsi şəraitində davam etməli və nəticəsi əvvəldən matç bitənədək qeyri-müəyyən qalmalıdır. Hakimlərin diqqətinə AFFA-nın saytında olan banneri xatırladaraq oxşar problemin, yaxud siqnalın mövcudluğu barədə kontaktlardan yararlanmağı tövsiyə etdim. Tam məxfilik qorunmaqla əslində bu addımı atmaq bütün idmansevərlərin mənəvi borcudur. Fərq etməz, AFFA-nın, yoxsa UEFA-nın kontaktlarına müraciət etsinlər. Əsas odur ki, hər kəs, xüsusən, hakimlər idmanı, futbolu bu cür neqativ hallardan qorumağa çalışmalıdır.

- Bu sahədə məlumatlı şəxs kimi deyə bilərsinizmi ki, Avropa və dünya təcrübəsində danışılmış oyunlarda hakimlərin iştirakı hansı həddədir?

- Belə deyim: Hakim və oyunçular matç ərzində meydanda olurlar. Hər bir işdə olduğu kimi, bunun da pərdəarxası tərəfləri var. Kənardan nə qədər təsir olursa-olsun, nə qədər tapşırıq verilirsə-verilsin, meydandakıların iştirakı olmadan oyunun taleyinə təsir edən manipulyasiya mümkün deyil. Beynəlxalq təcrübədən danışıram, Azərbaycanı futbolunu qoyuram bir kənara. Sozsüz ki, manipulyasiyanın hansı mövqedə olan şəxs tərəfindən gerçəkləşdirildiyini demək olmaz. Amma məlumatlara əsasən, danışılmış oyunlarda hakimlərin iştirak faktları var, həm də belə faktların sayı yetərincədir. Eyni zamanda futbolçuların da iştirakı kifayət qədərdir. Lakin faizləri söyləməkdə çətinlik çəkirəm.

- Bəs Azərbaycan futbolunda danışılmış oyunlar məsələsi hansı miqyasda diqqət çəkir? Fərq etməz Premyer Liqa, yaxud I Divizion oyunları. Bu prosesdə hakimlərin iştirak ehtimalları varmı?

- Ehtimal həmişə var. Biz bu gün bu işi görürük, FIFA və UEFA belə məsələlərlə bağlı tələblərini elan edir, tövsiyələrini verir, əməkdaşlıqlar qurur, təcrübə mübadiləri aparır, təlimçilərin iştirakı ilə işlər görülür. Yəni, belə proseslər gedir. Amma ümumən xoş olan odur ki, bu gün oxşar məsələlərlə bağlı daxil olan siqnallar azalır. Görülən işlər, aparılan maariflənmə prosesi ilə əlaqədar azalma var.

- Qeyd etdiyiniz ölçülərlə, yəni şəffaflıq və danışılmış oyunlar prizmasından yanaşsaq, Avropa futbolunda təxminən hansı mövqelərdə olarıq?

- Danışılmış oyunlar problemi qlobal bataqlıqdır. Sevindiricidir ki, Azərbaycan futbolu bu bataqlıqda çox dərinə getməyib. Səmimi etiraf edim ki, təlimlər zamanı hakimlərln bu tip məsələlərdə interaktivliyini görmək çox xoş idi. Hətta spesifik suallar da verirdilər ki, nədən bu problemin kökünü birdəfəlik kəsmək mümkün olmur. Anlatmağa çalışdıq ki, Azərbaycan olaraq, AFFA olaraq şəffaflığın təmin edilməsində maraqlıyıq. Lakin bu problemin kökü, mənbəyi bizdə deyil, sərhədlərimizdən kənara uzanır. Oradadır əsas mənbəyi! O mənbələrdə ki, artıq şəbəkələşmiş cinayətkar qruplar nəzarət edir. Bu, bir qlobal virus, qlobal gəlir mənbəyidir. Yəni, biz burada maksimum öz yerimizdə özümüzü qoruyaq, o çirkaba bulaşmayaq.

Son xəbərlər

Orphus sistemi