UEFA-nın avrokuboklarla bağlı yeni planı müəyyənləşdi

UEFA-nın avrokuboklarla bağlı yeni planı müəyyənləşdi UEFA-nın koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Çempionlar Liqası (ÇL) və Avropa Liqası (AL) ilə bağlı planları müəyyənləşib.
Futbol
8 May , 2020 17:27
UEFA-nın avrokuboklarla bağlı yeni planı müəyyənləşdi

UEFA-nın koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Çempionlar Liqası (ÇL) və Avropa Liqası (AL) ilə bağlı planları müəyyənləşib.

"Report" "Marca" nəşrinə istinadən xəbər verir ki, qitə futbol qurumu avrokubok matçlarını avqustda keçirməyi düşünür.

Milli assosiasiyalara məhz bu səbəbdən daxili çempionatları iyulun sonuna və ya avqsutun ilk həftəsinədək başa çatdırmaq tövsiyə olunub. 

ÇL-də 17 oyun, AL-də isə 27 oyun qalıb. Bu səbəbdən qitənin ikinci dərəcəli klub turniri daha tez start götürməlidir. Görüşlərin həftə içi və həftəsonu keçirilməsi gündəmdədir. Hazırkı qeyri-müəyyən təqvimə əsasən, avqustun 26-da Avropa Liqasının, 3 gün sonra isə Çempionlar Liqasının finalı baş tutmalıdır.

Avrokuboklarda yeni mövsümün oktyabrın 20-dən sonra start götürəcəyi gözlənilir.

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də dayandırıb.

Son xəbərlər

Orphus sistemi